• MTN işi: hamını dinləmiş yeganə qadın general həbsə gedir - Şok təfsilat

    MTN işi: hamını dinləmiş yeganə qadın general həbsə gedir - Şok təfsilat

    MTN işi üzrə yeni mərhələ başlanıb.

    Generalların məhkəməsi davam edir. Xüsusən general Natəvan Mürvətovanın həbsi gündəmdədir.

    Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Prokuror çıxışında hər 3 generalın rütbəsinin alınması üçün Prezident Administrasiyasına təqdimat göndərilməsini istəyib.

    Dövlət ittihamçısı Dövlət Təhlükəsizliyi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 1 milyon manatlıq mülki iddianın təmin olunmasını təklif edib.

    Diqqət çəkən məqam odur ki, dövlət ittihamçısı generallar Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Prokuror heç də şəxsi istəyi ilə bu tələbi irəli sürməyib. Ehtimal var ki, yuxarıların təlimatını məhkmədə çatdırıb. Proses martın 1-də davam etdiriləcək.

    N.Mürvətova yeganə qadın generaldır. 2013-cü ilin martında isə Mirvətova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

    Mətbuat nümayəndələri ilə sərt davranışı səbəbindən cəmiyyətin diqqəti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat Texniki İdarəsinin sabiq rəisi Natəvan Mürvətova üzərində cəmləşdi.

    Onunla çiyin-çiyinə işləmiş general Sübahir Qurbanov, general Teymur Quliyev, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun həbsdə olduğu bir halda, N.Mürvətovanın niyə həbs edilmədiyi hər kəsi düşündürür.

    Xatırladaq ki, Natəvan Mirvətova istisna olmaqla, MTN işi üzrə saxlananların hamısı haqda həbs-qətimkan tədbiri seçilib. Xanım generaldan isə başqa yerə getməmək barədə iltizam alınıb.

    O, bu səbəbdən məhkəməyə evindən gedib-gəlir. Onun həbs edilməməsində zərif cinsin nümayəndəsi olması rol oynayıb, yoxsa başqa mətləblər var?

    Rubrika.Az fia.az-a istinadla xəbər verir ki, Natəvan Mürvətovanı qanunsuz dinləmələrdə günahlandırırlar. Onun vəzifəsi elə olub ki, dinləmə hərəkətlərini nazir və onun müavininin göstərişi ilə həyata keçirib.

    O, bəzi göstərişlərin qanunsuz olduğunu yəqin ki, bilib. Məsələnin bu tərəfi var ki, qanunla verilən göstərişlərə əməl etməlidir.

    Elə göstərişlər verilib ki, məhkəmə qərarları olmayıb. Bu mənada onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Ortada cinayət varsa, şəxsin qadın və ya kişi cinsinə aidliyi rol oynanmır.

    Qayda belədir ki, bu və ya digər şəxsin dinlənilməsi haqda göstəriş yazılı şəkildə verilir. Belə göstərişləri vermək səlahiyyəti nazir və onun müavinində olub.

    Əməliyyat-Texniki İdarənin rəisi kimi Natəvan Mürvətova belə bir göstəriş alandan sonra tələb olunan şəxslərin dinlənilməsini təmin etməli olub.

    Əgər şərait şəxsin təcili olaraq dinlənilməsini tələb edirsə, bu halda şifahi göstəriş verilə bilərdi. Amma maksimum 24 saat ərzində həmin şifahi göstəriş yazılı şəkildə təqdim edilməlidir.

    Natəvan Mürvətova hüquq şöbəsinə yazılı müraciət edib həmin dinləmə haqda yazılı göstərişin təqdim olunmasını istəyə bilərdi.

    Natəvan Mürvətova vaxtında raport yazıb şifahi dinləmə göstərişlərinin rəsmiləşdirilməsini tələb etsəydi, bu gün istintaqa cəlb edilib təqsirləndirilən şəxs olmazdı.

    Natəvan Mürvətova ona verilən göstərişlərin qanunsuz olduğunu bilə-bilə həmin göstərişlərin icraçısına çevrilib.

    Hazırda iş üzrə istintaqda bəzi məsələlər hüquq çərçivəsindən kənardır. Bu səbəbdən də Eldar Mahmudovun yaxın ətrafı istintaqdan kənarda qala bilər.

    Bu gün Akif Çovdarovun etirazları da bu baxımdan haradasa başadüşüləndir. Çünki Akif Çovdarov bilir ki, onu suçlayanlar da ondan o qədər fərqli durumda deyillər. O, demək istəyir ki, mən bu əməlləri eləmişəm. Məgər sizlər məndən təmizsiz?

    Sabiq MTN əməkdaşı Ərəstun Oruclu qadın general haqda öz facebook divarında status yazmışdı.

    Ə.Oruclu istintaqa cəlb olunanların arasında adı keçən general-mayor Natəvan Mirvətovanı yaxşı tanıdığını açıqlamışdı.

    “Vaxtilə onunla iş üzrə xeyli ünsiyyətdə olmuşdum. Bütün bu generallar arasında həmin rütbəyə yeganə layiq olan və Azərbaycanın tək general-xanımı idi.

    Amma çox təəssüf ki, Natavan xanımın işi ”çirkli" iş olmaqla yanaşı, həm də onu son 30 ilin ən miqyaslı informasiya daşıyıcısına çevirmişdi.

    O, həm də öz işinin yüksək səviyyəli peşəkarı idi. Bu isə həm onun özü, həm də bir çox başqaları üçün təhlükəli idi. Belə də oldu.

    Əminəm ki, Natəvan xanım dəfələrlə mənim də telefon danışıqlarımın dinlənilməsinə tapşırıqlar verib, amma yenə də deyirəm ki, bu, onun işi idi.

    Heç nəyə baxmayaraq, arzu edirəm ki, bu xanım həbsxanaya düşməsin. Allah yardımçısı olsun və günahlarını bağışlasın”.

    Amma prokurorun ona 12 il həbs istəməsindən görünür ki, qadın general cəzaçəkmə müəssisəsinə göndərilə bilər. Ən azı şərti azadlığa buraxılmaqla hökm oxunacağı istisna deyil...

    Rubrika.Az


    Facebook-da paylaş