Ramin Quluzadənin DİQQƏTİNƏ: Yazdıqlarımız təsdiqini tapdı, amma...
![]()
Rubrika.Az dosye.org-a istinadla bildirir ki, sözügedən saytda “Cəlilabadda ŞOK MAXİNASİYA: "əmək qabiliyyətini" itirən şəxs özünə 1000 manat müavinat təyin edib” başlıqlı məqaləyə aydınlıq gətirildi.
Belə ki, 2007- 2011-ci illər ərzində Cəlilabad Telekommunikasiya Qovşağının rəisi işləmiş Cəbrail Vəliyev özünə 1000 manat müavinat təyin etmişdir. Güya, xidməti vəzifəsini yerinə yetirərkən zədə alıbmış. Bu barədə lazımı orqanlara məlumat verildikdən sonra yenidən C. Vəliyevlə bağlı araşdırmalara başladıq.
Dərin araşdırmalarımızdan sonra məlum oldu ki, yuxarıda qeyd etdiyimiz illər ərzində C. Vəliyev saxta cənədlərlə dövlət büdcəsindən lazımı qaydada vəsait mənimsəməyi bacarıb. Əldə etdiyimiz son məlumata görə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən C. Vəliyev tərəfindən mənimsənilən dövlət vəsaiti Cəlilabad Telekomunikasiya Qovşağına ödənilsin. Lakin bu günə kimi adı hallanan şəxs bir qəpik belə ödəməyib. Bu barədə rayondan etibarlı mənbəmiz məlumat verib.
Araşdırmalarımız davam edir...
Rubrika.Az
Facebook-da paylaş











