Qurbanov köməkçisini Türkiyəyə göndərdi - Budaka görə
![]()
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərib.
Rubrika.Az qol.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis yığmamızın üzvü Ufuk Budakın oyununu izləmək üçün qardaş ölkəyə yollanıb. Rəhmanov Türkiyə birinci liqasının 26-cı turu çərçivəsində keçiriləcək "Samsunspor" - "Elazığspor" matçını canlı izlədikdən sonra 27 yaşlı milliləşdirilmiş futbolçunun hazırkı durumu barədə Qurbanova məlumat verəcək.
Qeyd edək ki, Budak sonuncu dəfə 2016-cı ildə Robert Prosineçki tərəfindən yığmaya çağırılıb.
Facebook-da paylaş











