Məzahir Pənahov: "Seçkilərlə əlaqədar 21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb"
![]()
Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.
Rubrika.Az ölkə.az-a istinadla bildirir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir:
"İndiyədək ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb".
Rubrika.Az
Facebook-da paylaş
















