• Etimadı böyük uğura çevirən Rüfət Aslanlı

    Etimadı  böyük uğura çevirən Rüfət Aslanlı

    Bu ucalığın mayasını isə xalqa, dövlətə, prezidentə sonsuz sədaqət təşkil edir

    Müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə sinə gərir. 2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur.
    Ötən 15 ildə bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Bu istiqamətdə davamlı islahatlar proqramı həyata keçirilib və bu gün də uğurla davam etdirilir.
    Ümumiyyətlə, son 15 il ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir.
    Ölkənin maliyyə bazarlarında şəffaflığın qorunmaı, inkişafın dinamikliyinin təmin olunması üçün davamlı tədbirlər həyata keçirilir.
    Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək üçün 2016-cı ildə presidentin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
    Yeni yaradılmış Palatanın direktorlar şurasına Rüfət Aslanlının rəhbərlik etməsi isə bu sahədə görüləcək işlərə xüsusi stimul verdi. Maliyyə sisteminə dərindən bələd olan kadr kimi R. Aslanlının gərgin əməyi nəticəsində MBNP tezliklə operativ fəaliyyət göstərən bir quruma çevrildi. Artıq bu gün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə fəaliyyətini davam etdirir.
    Palata yaradılarkən bu qurumun vəzifəsinin əsasən 3 istiqamətdə- lisenziyalaşdırma, tənzimləmə və nəzarət qurulması nəzərdə tutulmuşdu. Bununla da yeni yaradılmış qurum ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olaraq mühüm işlər gördü.
    Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsü uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi təqdirəlayiq addım idi. Hər bir halda bu addımı post-neft dövründə atılmış ən əhəmiyyətli addım adlandrmaq olar. Qarşılıqlı nəzarət baxımından da siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması dünyada uğurla sınaqdan çıxmış təcrübədir.
    Rüfət Aslanlının bu sahədə olan təşəbbüskarlığı, işgüzarlığı tezliklə istər sığorta, istərsə də bank sistemində müsbət dəyişikliklərə səbəb oldu. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi istiqamətində görülən tədbirlər nəticəsində bu sahədə atılan addımlar tezliklə öz uğurlu nəticələrini verdi. Manatın devolivasiyasından sonra maliyyə bazarında, bank sektorunda yaranan ajiotaj tezliklə aradan qaldırıldı. Manatın məzənnəsinin sabitləşməsi, dünyada hökm sürən böhran şəraitində maliyyə sistemində dayanıqlılığın təmin edilməsi R. Aslanlıının apardığı uğurlu siyasətin məntiqi nəticəsi oldu. Prezidentin göstərdiyi yüksək etimadın doğrulması gərgin əməyin və böyük məsuliyyətin nəticəsidir.
    Təəssüf ki, bir çox saytlar görülən işlərə kölgə salmaq, kimisə gözdən salmaq üçün ənənəvi ampulasında fəaliyyət göstərir. Onlar R. Aslanlı haqında da uydurma informasiyalar yaymaqla oxucu kütləsi qazanmağa çalışırlar. Amma xalq əldə edilən uğurlu nəticələri də görür, deyilən böhtanları da. Rüfət Aslanlının gördüyü işlər onun haqqında deyilən böhtanlardan çox-çox ucada dayanır. Bu ucalığın mayasını isə xalqa, dövlətə, prezidentə sonsuz sədaqət təşkil edir. R. Aslanlını böyük əməllər sahibi edən, onu yeni uğurlara aparan da bu böyük ideyalardır.

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş