İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb.
Rubrika.az "Report"a istinaden xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".
Rubrika.az
Facebook-da paylaş














