Yevlaxda və Mingəçevirdə yağış fəsadlar törədib

30-31 mart 2018-ci il tarixində respublika ərazisində yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparıblar. Əməliyyat başa çatıb.
Rubrika.az
Facebook-da paylaş













