Bakıda yanan sanatoriyadan reportaj (FOTO)
![]()
Xəbər verdiyimiz kimi, Bakı şəhər Sabunçu rayon Pirşağı qəsəbəsində yerləşən "Gilavar” sanatoriyasında məcburi köçkünlərin sıx məskunlaşdığı binada yanğın baş verib.
Xeberbiz.az-ın əməkdaşı hadisə yerində olub. Köçkünlərin verdiyi məlumat görə, yanğın iki mərtəbəli binanın badvalından, elektirikin binaya paylaşdığı hissədən baş verib.
İki ailənin yaşadığı üç otaqlı sanatoriya məxsus mənzil əşiyaları ilə birlikdə yanaraq tamamilə yararsız vəziyətə düşüb.
Hazırda Səfərova Saydə Arif qızının (ailə tərkibi 2) və Rəhimov Qoca Rafiq oğluna (ailə tərkibi 4) ailələrinə qonşuları sığınacaq veriblər.
Məcburi köçkünlərin yaşadığı sanatoriyada baş verən yanğın nəticəsində, tüstüdən kütləvi zəhərlənmə halı baş verib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş















