Abid Şərifov Bayraq meydanındakı bayrağın sökülməsini şərh etdi

Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov Bakının Bayraq meydanındakı bayrağın sökülməsi məsələsinə münasibət bildirib.
Rubrika.Az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, A.Şərifov jurnalistlərə açıqlamasında deyib ki, Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə qarşı davamlılıqla bağlı olub:
"Yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib. Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları ilə məşğul olduğu üçün sonrakı məsələlərdən məlumatsızam".
Rubrika.Az
Facebook-da paylaş














