Şərqi Quta yenə bombalandı
![]()
Şərqi Qutada təxliyə işləri davam etsə də, Dəməşq və rus hərbi hava qüvvələri ərazini bombalayır.
Rubrika.az “Ölkə.Az”a istinaden xəbər verir ki, bu dəfə qırıcıların hədəfi Duma şəhərinin xaricindəki ərazilər olub.
Bombardmana məruz qalan Duma səmtindən qara tüstü havaya yüksəlib. Yerli mənbələrin məlumatına görə isə, şəhərin ətrafındakı ərazilərə də bomba atılıb.
Dünən isə hava hücumları nəticəsində 25 nəfər mülki vətəndaş həlak olmuşdu.
Rubrika.az
Facebook-da paylaş













