Mərkəzi Bankın sədri dollar kreditlərinin taleyi haqda danışdı
![]()
Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin dollarla olan kreditlərindən danışıb.
Rubrika.az-ın Qaynarinfo-ya istinaden məlumatına görə, baş bankir faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfrasında əlavə edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir:
"Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər".
Baş bankir onu da vurğulayıb ki, Mərkəzi Bank uzun müddətdir ki, banklara kredit vermir: ”Biz əksinə, banklara notlar satırıq və onlar gəlir əldə edirlər. Çünki bizim kiçik portfelimiz var”.
Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları 2,2 milyard artaraq 44 milyardı keçib.
Rubrika.az
Facebook-da paylaş










