İrəvandan Gürcüstan və İrana gedən yollar bağlanıb

Aksiya iştirakçıları İrəvandan Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
Rubrika.az istinadən xəbər verir ki, Yerevan-Eçmiədzin yolu bağlı olduğundan əhali hava limanına piyada gedir.
Bildirilib ki, etirazçılar İrəvandan Ermənistan-Gürücüstan sərhədində yerləşən Baqrataşen gömrük məntəqəsinə gedən yolu da bağlayıblar.
Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən İrəvan-Meğri yolunu da kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə - Sevan, İcevana gedən yol da etirazçılar tərəfindən bağlanıb.
Rubrika.az
Facebook-da paylaş












