Bakıda çoxmərtəbəli binada söndürülən yanğın yenidən alovlanıb

Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb. Rubrika.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hadisə yerində nazirliyin yanğınsöndürmə briqadaları çalışır.
Yanğının lokallaşdırıldığı bildirilir. Xəsarət alan yoxdur.![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş












