Ağdamda 4 otaqlı ev yanıb

Ağdamda yanğın qeydə alınıb.
Rubrika.Az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Üçoğlan kəndində ümumi sahəsi 176 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxtaları atma 12 m² sahədə və 2 ədəd pəncərə çərçivəsi qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş









