“Azərbaycanın Xarici İşlər Nazirliyi Jirnovskiyə cavab versin!” — deputatdan ÇAĞIRIŞ
![]()
Milli Məclisin deputatı Çingiz Qənizadə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Ç.Qənizadə “Ölkə.Az”a açıqlamasında bildirib ki, Vladimir Jirinovskinin fikirləri ölkələrin suverenliyinə təhdiddir:
“Vladimir Jirinovski Rusiya hakimiyyətinin əlində olan oyuncaq adamdır. Bir neçə il öncə Vladimir Jirinovski Bakıya gələndən sonra ölkəmizi təriflədi. Sonra dozası bitən kimi Bakı və Azərbaycan haqqında mənfi fikirlər söyləməyə başladı. Görünür, indi o yenə sərsəmləyir. Jirinovski Bakı haqqında söylədiyi fikirləri Azərbaycan dövlətinin suverenliyinə təhdiddir. Çox istərdim ki, Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində Vladimir Jirinovskinin həmin fikirlərinə cavab verilsin”.
Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Yerevan, Tbilisi və Kiyevdəki münaqişələrdən danışarkən bildirib ki, MDB-də ölkələrində sülh yalnız onların Rusiya Federasiyasının tərkibinə daxil olmasından sonra olacaq.
Jirinovski qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukraynanı daxili çəkişmələrdən yalnız Rusiya xilas edə bilər:
“Rusiya Federasiyasında Bakı, Tbilisi, Odessa, Kiyev və Yerevan quberniyaları olmalıdır”.
Rubrika.Az
Facebook-da paylaş












