Gəncədəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA
![]()
Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Rubrika.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb.
Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş










