Sabirabadda partlayış olub

Sabirabad rayonunda evdə qaz partlayıb.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.
Evə qaz sızması nəticəsində baş verən partlayış zamanı, 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








