Astronomiyada bir ilk — Günəş sisteminə başqa ulduzdan düşən asteroid tapıldı
![]()
“(514107) 2015 BZ509” asteroid Yupiterin yanında dövr edir və Günəş sisteminə məxsus deyil.
Rubrika.az “Ölkə.Az”a istinaden xəbər verir ki, bu asteroid Günəş sisteminə başqa ulduzdan düşüb. Bu, astronomiya elmində ilk kəşfdir.
Yeni kəşf “Monthly Notices of the Royal Astronomical Society Letters” jurnalında dərc edilib. Tədqiqatçı Fati Namouni və Mariya Morays bu məqalənin müəllifidirlər.
2017-ci ildə Oumuamua asteroidi dünyanı lərzəyə gətirdi. Bu, ulduzlararası ənginliklərdən uçub Günəş sisteminə gələn ilk səma cismidir. Asteroidin hərəkəti də fərqlidir. Bütün planetlər və digər səma cisimləri orbit üzrə bu və ya digər tərəfə hərəkət edir. 2015-ci ildə kəşf edilən asteroid isə əks istiqamətdə dövr edir.
Rubrika.az
Facebook-da paylaş












