Şit zarafat edən azərbaycanlıya görə təyyarə reysi təxirə düşdü: Böyük cərimə ödəyəcək

Rusiyanın Rostov şəhərindən Tiflisə uçan və Pobeda şirkətinə məxsus təyyarədə insident yaşanıb.
Rubrika.az-in yerli KİV-lərə istinadən məlumatına görə, təyyarəyə daxil olan 43 yaşlı Azərbaycan vətəndaşından stürdessa əlindəki bağlamada nə olduğunu soruşub. O, isə zarafatla “partlayıcıdır”, deyib.
Bundan sonra sərnişinlər təyyarədən düşürülüb. Hadisə yerinə polis və kinoloqlar cəlb olunub.
Amma təyyarədə heç nə tapılmayıb. Nəticədə təyyarə gecikib. Gecikməyə görə, cəriməni isə “zarafatcıl” azərbaycanlı ödəyəcək.
Rubrika.az
Facebook-da paylaş














