Bu xanım rəhbərlər milli geyimdə Bakını gəzdi - Foto
Rubrika.Az Kult.aza istinadən xəbər verir ki, milli geyimdə olan QHT sektorunun 50-dək xanım lideri əllərində Azərbaycan bayraqları tutaraq Fəvvarələr meydanı, Dənizkənarı park, İstiqlaliyyət küçəsi və İçərişəhərdə yürüş keçiriblər. Azərbaycan xalq mahnılarını ifa edən vətəndaş cəmiyyəti fəallarının bayram yürüşünə ətrafdakı şəxslər, xüsusi ilə xarici turistlər böyük maraq göstərib.
QHT rəhbərləri Natavan heykəli və Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə qoyulmuş abidənin önündə dövlət himnimizi ifa ediblər.

Rubrika.AZ
Facebook-da paylaş






