Bakıda yanğın: 20 sakin təxliyə olunub
![]()
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş






