Prezident Tovuz rayonunun icra başçısını dəyişib
![]()
Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rubrika.Az
Facebook-da paylaş












