Bayraq meydanında yanğın - Foto
![]()
Ağdamda Bayraq Meydanında yanğın baş verib.
Rubrika.az APA-ya istinaden xəbərinə görə, yanğın rayonun İmamqulubəyli kəndində Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində baş verən qısaqapanmadan meydana gəlib.
Yanğına ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edərək alovun genişlənməsinin qarşısını alıblar. Daha sonra hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını cəlb olunub.
Alov qısa müddətdə söndürülüb.
Rubrika.az
Facebook-da paylaş














