AZƏRBAYCAN TƏHSİLİNİN “İYUN PROBLEMİ”
![]()
"İSTİ" PROBLEMİ "İSTİ-İSTİ" - TƏHSİL İŞÇİLƏRİNİN ÜMİDLƏRİ YENİ NAZİR CEYHUN BAYRAMOVADIR
Artıq bir müddətdir ki, qəbul edilən qaydalara əsasən ölkəmizdə dərs ili sentyabr ayının 15-də başlanır, iyun ayının 14-də isə başa çatır. Əvvəllər dərs ili "Bilik günü” kimi qəbul edilərək 1 sentyabrda başlayıb, 25 mayda "Son zəng” tədbiri ilə başa çatmaqla 35 həftəlik tədris ilindən ibarət idi. Sonralar 5 günlük dərs həftəsinə keçdik və müəyyən uzun müddətli bayramların məktəblərə də şamil edilməsi illik tədris həftəsinin 32-yə enməsinə və bunun nəticəsi kimi proqram materiallarının yüklənməsinə gətirib çıxardı. 2004-cü ildən etibarən yüklənmənin aradan qaldırılması məqsədilə qaydalarda müəyyən dərs ilinin başlanma və bitməsi illik dərs rejiminin 2 həftə uzadılaraq 35 -ə yaxınlaşdırılması ilə bağlı müəyyən dəyişikliklər edildi. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı.
Heç kimə sirr deyil ki, dərs ilinin uzadılmasına etiraz edənlərin sayı onu dəstəkləyənlərin sayını dəfələrlə üstələyir. Həmçinin qeyd etmək lazımdır ki, iyunun ilk iki həftəsini şagirdlər və müəllimlər məktəblərə can dərdi, necə deyərlər “xala xətrin qalmasın” gedirlər. Hətta nazirlik və yerli təhsil şöbələri tərəfindən inzibati tədbirlər, yoxlamalar təşkil edilməsinə rəğmən məktəblərdə davamiyyət dəfələrlə aşağı düşür. Xüsusilə havaların istilənməsi, rayon yerlərində təsərrüfat işlərinin qızğın ahəng alması da prosesə mənfi təsir göstərir.
Rubrika.az saytı məsələ ilə bağlı paytaxtın müxtəlif məktəblərində müəllimlər, şagirdlər və valideynlər arasında araşdırma aparıb. Qeyd edək ki, araşdırmamızın ilkin nəticəsinə görə “14 günlük iyun təhsili”ndən demək olar ki, razı qalana rast gəlmədik. Müəllimlər bildirirlər ki, biz onsuz da iyun ayında işdə oluru və məktəblərə gəlirik. Sadəcə olaraq istilərin düşməsi və digər psixoloji səbəblərdən şagirdlər arasında davamiyyət aşağı düşür, eyni zamanda onların oxumağa demək olar ki, həvəsi qalmır. Əgər nazirlik dərs ilinin uzadılması zərurətini mütləq hesab edirsə bunu tədris ilinin sentyabrın 15-də başlanması hesabına etsəydi daha məqsədəuyğun olardı.
Şagirdlər arasında da dərslərin iyunda bitməsindən razı qalanlara demək olar ki, rast gəlmədik.
“ Siniflər çox isti olur, nəfəs almaq olmur. Mayın 31-də dərslərin qurtarması çox yaxşı idi. Bunu niyə belə ediblər, bilmirik” deyən şagirdlər narazılıqlarını gizlətmirdlər.
Elə valideynlərin də fikri müəllimlərin və övladlarının düşüncələrindən fərqlənmirdi. Yekun rəy belə idi ki, dərs ilinin uzadılmasını tədris ilinin sentyabrın 1-də başlanıb mayın 31-də bitirmək hesabına etmək daha doğru variant olardı. Rəyi soruşulanar inandıqlarını bildirdilər ki, yeni nazir Ceyhun Bayramov bütün bunlartı nəzərə alaraq bu “isti problemi” elə isti-isti aradan qaldıracaq.
Nicat Mahmudov
Rubrika.Az
Facebook-da paylaş













