ABŞ dünyanın ən güclü kompüterini yaratdı

ABŞ Energetika Nazirliyi yanında Milli Laboratoriyanın mühəndisləri dünyanın ən güclü kompüterini yaradıblar.
Rubrika.az Axar.az -a istinaden xəbər verir ki, super kompüter mühəndislər tərəfindən “Sammit” adlandırılıb. Yeni kompüterin gücünün 200 petaflops olduğu deyilib:
“Bu kompüter 200 milyon əməliyyatı 1 saniyədə həyata keçirmək gücündədir. Bu isə onu adi noutbukdan 1 milyon dəfə güclü edir”.
Qeyd edək ki, “Sammit”in sürəti məşhur Çinin super komüuteri “Sunway TaihuLight”ın gücündən 60% çoxdur. Belə ki, Çin super kompüterinin gücünün 93 petaflops olduğu deyilir.
Rubrika.az
Facebook-da paylaş











