Kürdə naməlum meyit tapıldı
![]()
Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.
Rubrika.az-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.
Rubrika.az
Facebook-da paylaş













