“Orta məktəblərdə oxuyan şagirdləri süründürürlər” - Aqil Abbas

“Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır. Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağı çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər?”.
Rubrika.az “Report”a istinaden xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib.
“Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”-deyə, deputat əlavə edib.
Rubrika.az
Facebook-da paylaş










