Paşinyan Qarabağa gəlib - YENİLƏNİB, FOTO

Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyan səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Xəbəri Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.
RUBRİKA.AZ virtualaz.org-a istinadla bildirir ki, Qarabağa bir günlük gələn Paşinyan, ilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən kilsəni ziyarət edib.
Gündəmdəki məlumatların daha sonra yayılacağı bildirilir.![]()
***12:40
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsinə səfər edəcək.
Virtualaz.org news.am-a istinadən bildirir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan deyib.
Paşinyanın Qarabağa səfərinin bir gün davam edəcəyi bildirilir.
Səfərin gündəliyi açıqlanmır.
RUBRİKA.AZ
Facebook-da paylaş








