Barak Obama yenidən prezident olmaq istəyir
![]()
ABŞ-ın sabiq prezidenti Barak Obama 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilər.
Rubrika.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, Obama Demokratlar partiyasına qayıdaraq seçkilərdə iştirak etmək niyyətindədir.
“ABŞ-ın Demokratlar partiyasının üzvləri ölkənin beynəlxalq arenadakı mövqeyi və Tramp tərəfindən imzalanan qanunlardan şoka düşüblər.
Respublikaçıların nəzarətsiz hakimiyyətindən yorulan partiya üzvləri kömək üçün Baraka müraciət ediblər”, - deyə nəşr orqanı yazır.
Bildirilir ki, Obama son bir neçə ay ərzində partiyanın rəsmiləri ilə görüşlər keçirib. Bu görüşlərdə növbəti prezident seçkiləri müzakirə edilib.
Jurnalın iddiasına görə, Demokratlar partiyası Obamadan başqa lider görmür.
Ehtimal edilir ki, Obama son qərarını prezident yarışından əvvəl verəcək. Amma onun siyasi aktivliyi artıq Konqresdə müşahidə edilib. Obama məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Rubrika.Az
Facebook-da paylaş

















