Suriyada partlayış olub: 5 mülki sakin ölüb, 35 nəfər yaralanıb

Suriyanın İdlib əyalətində bomba partladılması nəticəsində 5 mülki sakin ölüb, 35 nəfər yaralanıb.
Bunu İdlib əyaləti mülki müdafiə cəmiyyətinin sədri Məhəmməd Hac Yusuf bildirib.
Onun sözlərinə görə, əyalətin qərb tərəfdən girişində Qızıl Ay Cəmiyyətinin qərargahı yerləşən küçədə bir motosklet və bir neçə avtomobilə yerləşdirilibmiş bombalar bir-birinin ardınca partlayıb.
Məhəmməd Hac Yusuf deyib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ətrafdakı binalara və avtomobillərə zərər dəyib.
Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.
Facebook-da paylaş












