Gənc öz cənazə mərasimi zamanı ortaya çıxdı - Onu görənlər qaçmağa başladı / VİDEO
![]()
Paraqvayda qəribə hadisə baş verib.
Rubrika.az Metbuat.az-a istinaden məlumatına görə, polis narkotik ticarətçilərinin nəzarətindəki bölgədə yanmış cəsəd tapıb. Polis cəsədin iki həftədir yoxa çıxan 20 yaşlı gəncə aid olduğunu irəli sürüb və cəsədi onun ailəsinə təhvil verilib. Cənazə mərasimi zamanı üzə çıxan 20 yaşlı gənc hamını şoka salıb.Bəziləri həyəcan yaşaraq, ərazidən qaçıb.
Məlum olub ki, polis səhvə yol verib. Cəsəd başqa şəxsə məxsus olub. Gəncin iki həftə ərzində niyə yoxa çıxdığı açıqlanmır. Hadisə barədə araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










