4 yaşlı uşaq dayısının “KamAZ”ının altında qalaraq öldü, anası ağır xəsarət aldı

Bu gün günorta saatlarında Salyan rayonunun Boranıkənd kəndində bədbəxt hadisə baş verib.
Rubrika.Az bildirir ki, virtulaz.org-un Şirvan bürosunun məlumatına görə, 21 yaşlı kənd sakini Ərmulla Nurulla oğlu Aslanov idarə etdiyi “KamAZ”ı həyətlərində hərəkətə gətirərkən bacısı - 24 yaşlı Günel Məmmədovanı və onun 4 yaşlı oğlu Əli Məmmədovu görmədiyindən hər ikisi maşının altında qalıb. Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Ana Günel Məmmədova isə ağır xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırılmalara başlanılıb
Rubrika.Az
Facebook-da paylaş












