DÇ-2018: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Bu gün DÇ-2018-də qrup mərhələsinə yekun vurulacaq.
Rubrika.Az-ın virtualaz.org-a istinadən bildirir ki, əvvəlcə H qrupunda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşəcək. Bu dördlüyün arasında Polşanın 1/8 finala çıxmaq şansı qalmayıb. İki oyundan sonra aktivində 4 xal olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün bərabərlik də qane edir. 3 xalı olan Kolumbiya isə qələbə qazanmalıdır.
G qrupunda isə növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidi. Hərəsinə 6 xalı olan İngiltərə və Belçika öz aralarındakı oyunla lideri müəyyənləşdirəcəklər. Keçirdiyi hər iki matçı da uduzan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaqlar.
Rubrika.Az
Facebook-da paylaş








