Dünya tarixinin ən böyük "SAVAŞ"ı BAŞLADI
![]()
ABŞ höküməti Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox çeşiddə məhsula əlavə olaraq 25/100 (yüzdə 25) gömrük vergisi tətbiq etməyə rəsmən strat verib.
Rubrika.Az xəbər verir ki, ABŞ-ın Çinə tətbiq etdiyi vergi siyasətinin icrasına start verildikdən qısa zaman sonra Çin İqtisadiyyat Nazirliyindən münasibət özünü çox gözlətməyib:
"ABŞ-a ticarət barədə müqavimət göstərəcəyik. ABŞ-ın gömrük tariflərinin təsirini dəyərləndirməyə davam edəcəyik. ABŞ-ın bu addımı ticari addımları qlobal bərpa sürətinə zərər verir.
Çin islahatlar və bazarları liberallaşdırmaqda davam edəcək. Çinə yatırım edən əcnəbi şirkətlər üçün yaxşı bir iş mühiti təmin edəcəyik.
ABŞ-ın bu addımı ABŞ şirkətləri və vətəndaşlarına zərər verəcək".
Rubrika.Az
Facebook-da paylaş










