İrandan gözlənilməz addım: İşıqları kəsdi
![]()
İran borcların artması səbəbindən İraqa elektrik enerjisinin verilişini dayandırıb.
Rubrika.az Axar.az -a istinaden xəbər verir ki, bu barədə İraq Elektrik Nazirliyinin sözçüsü Musab əl-Muderris deyib.
O bildirib ki, 1000 meqavatlıq enerji ötürücüsü dayandırılıb və Meysan, Zikar və Bəsrə mahalları uzun müddətdir ki, işıqsızdır:
“Elektrik enerjisinin bərpası üçün danışıqlar aparılır. Hasil edilən enerji istehlakı ödəmir”.
Qeyd edək ki, 23 min meqavat tələbatı olan İraq, 15 min 700 meqavat enerji hasil edir.
Rubrika.az
Facebook-da paylaş







