Tramp: "ABŞ-ın NATO-ya digər ölkələrdən daha çox vəsait ayırması ədalətsizlikdir"

"ABŞ NATO-ya digər ölkələrdən daha çox vəsait sərf edir. Bu, ədalətsizlikdir və qəbuledilməzdir".
Rubrika.az "Report"a istinaden məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp "Twitter"dəki səhifəsində yazıb.
D.Tramp bildirib ki, bununla belə NATO-nun ABŞ-dan daha çox Avropaya xeyiri dəyir.
"Bəzi hesablamalara görə, NATO üzrə ödənişlərin 90% ABŞ-ın payına düşür, halbuki bir çox ölkələrin öhdəliyi heç 2% təşkil etmir", - ABŞ prezidenti qeyd edib.
Rubrika.az
Facebook-da paylaş














