Fazil Mustafa Elmar Vəliyevin səhhətindən danışdı

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımda ötən həftə güllələnən Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti barədə danışıb.
Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, F.Mustafa icra başçısının İsrailə aparıldığını və müalicə olunduğunu deyib: “Yaxınları deyirlər ki, səhhətində problem yoxdur. Xəsarət alan insanların bu vəziyyətinə İslam tərbiyəsi nöqteyi-nəzərindən yanaşımağın tərəfdarıyam. Allah bütün xəsarət alanlara şəfa versin. Başqa cür yanaşma, humanist yanaşma deyil”.
F.Mustafa millət vəkilləri səviyyəsində E.Vəliyevi güllələyən Yunis Səfərova baş çəkilib-çəkilməyəcəyi ilə bağlı sualı cavablandırıb. Oxucular ondan Y.Səfərovun durumunu nəzarət altında saxlayıb-saxlamayacağını soruşublar: “Ona baş çəkmək hüququ ombudsmandadır. Millət vəkillərinin belə bir hüququ yoxdur. Amma hüquq müdafiəçiləri ona baş çəkə bilər”.
Rubrika.az
Facebook-da paylaş









