57 baş qoyunun tələf olduğu qəzanın GÖRÜNTÜLƏRİ

Qazax rayonunda qeydə alınan qəzada bir nəfər xəsarət alıb.
Rubrika.az ARB TV -ye istinaden xəbər verir ki, Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazaxın Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.
Quliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub. Faktlarla bağlı araşdırma aparılır.
Qəbələdə isə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb. Qəbələ şəhər sakini, Elçin Məmmədov "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil Azərpoçta məxsus Niva markalı maşınla toqqusub. Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Reyhan Məmmədova ağır bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, Elçin Məmmədov Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.
Rubrika.az
Facebook-da paylaş














