Efirdə ədəbsiz ifadələrə görə ATV-yə xəbərdarlıq olundu
![]()
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Rubrika.az Dosye.org-a istinaden xeber verir ki, Şuradan verilən məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.
ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq olunub.
Rubrika.az
Facebook-da paylaş













