Kürdəmirdə “Mercedes” aşaraq yanıb

Kürdəmirdə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.az Trend-ə istinadən bildirir ki, rayonun Sorsor kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə bölmələri cəlb edilib. Nəticədə avtomobilin yanar hissələri yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Rubrika.az
Facebook-da paylaş













