Bakı çimərliklərində heyvanlara "yaşıl işıq" - Yolverilməz olsa da, cavabdeh yoxdur
![]()
İnsanlar isti yay günlərində tez-tez çimərliklərə üz tuturlar. Qəribəsi budur ki, çimərliklərdə insanlarla birlikdə heyvanlarla da tez-tez qarşılaşırıq. Bu heyvanlar çimərliyə ya sahibləri tərəfindən gətirilir, ya da ki, sahibsiz heyvanlar olur. İnsanlar ilə heyvanların (it, pişik, at və s.) birlikdə çimərlikdən istifadə etməsi isə bir çox problemlərə gətirib çıxara bilər.
Rubrika.az xeber verir ki, məsələ ilə bağlı olaraq Cebhe.info-ya açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, bu hal yolverilməzdir:
“Heyvanların insanlarla birlikdə çimərlikdən istifadə etməsi və ya çimərliyə daxil olması yolverilməzdir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamalısınız”.
Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə zəng etməyimizə baxmayaraq, icra hakimiyyətid' zənglərimizə cavab verən olmadı.
Rubrika.az
Facebook-da paylaş









