İlham Əliyevdən Əli Həsənov, Azad Rəhimov və Əflatun Amaşovla bağlı SƏRƏNCAM
![]()
Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Rubrika.Az sfer.az-a istinadla xəbər verir ki, sərəncama əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib:
Həsənov Əli Məhəmmədəli oğlu – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Bayramov Ceyhun Əziz oğlu – Azərbaycan Respublikasının təhsil naziri
Qarayev Əbülfəs Mürsəl oğlu – Azərbaycan Respublikasının mədəniyyət naziri
Rəhimov Azad Arif oğlu – Azərbaycan Respublikasının gənclər və idman naziri
Hüseynova Hicran Kamran qızı – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Qurbanlı Mübariz Qəhrəman oğlu – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Amaşov Əflatun Əhməd oğlu – Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.
Rubrika.Az
Facebook-da paylaş













