“Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən baha, Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır “
![]()
“Tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır”
Ötən günlərdə 2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlandı. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub.
Belə ki, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il, 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.
İdman ixtisası üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il, 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb.
Tibb ixtisası üzrə plan yerlərinin azaldılması təhsil haqlarına da təsir göstərib. IV ixtisas qrupunda bəzi fakültələr üzrə təhsil haqlarının bahalaşıb. Müalicə işi ixtisası üzrə illik təhsil haqqı 1500 manat bahalaşaraq 4500 manat olub (6 ildə 27 min manat). Stomatologiya, tibbi profilaktika və əczaçılıq ixtisasları üzrə illik təhsil haqqı isə 1000 manat bahalaşaraq, 4000 manat olub (6 ildə 24 min manat).
RUBRİKA.AZ
Facebook-da paylaş









