Lənkəranda avtomobilin vurduğu qadın ölüb

Bu gün Lənkəranda avtomobil qadın piyadanı vurub.
Rubrika.Az-ın APA-ya istinadən cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlaser kəndində baş verib.
"VAZ 2107"-in vurduğu piyada hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş









