Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçılarından biri belə məhv edildi
![]()
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, Yunis Səfərovla birlikdə E. Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Müəyyən olunub ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş













