Pensiyaların orta aylıq məbləği bu qədərdir
![]()
Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, eyni zamanda, sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar pensiya təminatında artım tempinin davam etməsinə şərait yaradıb.
Rubrika.az cebhe.info-ya istinaden xeber verir ki, Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 2018-ci ilin əvvəlinə nisbətən ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 2018-cı il 1 iyul tarixinə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.
Qeyd edək ki, 2018-cı il 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 311 min 739 nəfər təşkil edir.
Rubrika.az
Facebook-da paylaş








