Köçəryana cinayət işi açıldı - həbs oluna bilər

Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident (1998-2008) Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.
Rubrika.Az-ın APA-ya istnadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, bir neçə saat əvvəl Robert Koçaryan şahid qismində dindirilib.
Rubrika.Az
Facebook-da paylaş













