Azərbaycan mətbuatında plagiatlıq: Problem var, məhkəmə yox
![]()
Azərbaycan mediasının ciddi problemlərindən biri də istinad mədəniyyətinin formalaşmamasıdır. Hal-hazırda televiziya və radiolarda, eləcə də əksər elektron mediada xəbərin mənbəyinə istinad edilməməsinin şahidi oluruq.
Rubrika.az xeber verir ki, Media ekspertləri bu barədə fikirlərini Cebhe.info ilə bölüşüblər.
“Bu məsələ çox ciddi olmalı, dövlət qurumları bununla məşğul olmalıdır”
Zeynal Məmmədli bildirib ki, xəbərlər yayıldısa, ictimai önəmli olur və bu xəbərdən başqaları istifadə edə bilər:
“Ancaq burada xəbərin qaynağı göstərilməlidir. Bu peşəkarlığın göstəricisidir. Qaynağın göstərilməsi oxucunun və ya tamaşaçının xəbərə inanması üçün önəmlidir.
Ümumiyyətlə, qeyri-peşəkarlıq bizim mediada baş alıb edir. Adi bir yazıda baxırsan ki, “bizə görə”, “redaksiyamızın fikrincə” və s. işlədilir. Bunlar olmalı deyil, yalnız qaynaq göstərilməlidir.
Mediada plagiat sözü işlənilirsə, məhkəmə var. Bizim media qurumlarının bir-birini məhkəməyə verməyi hallarını eşitmişəm, ancaq müəllif hüququ ilə bağlı olması ilə çox az tanışam. Burada məsələni məhkəmə ilə aydınlaşdırmaq lazımdır. Əks halda bu aradan qaldırılmayacaq”.
“İllərdir ki, bu proses getməyə davam edir”
Qulu Məhərrəmli qeyd edib ki, media məkanında bəzən aparıcı informasiya agentliklərinin, bəzən bir başqa mənbələrdən material götürüb istinad vermədən verirlər:
“Bu jurnalist etikasına uyğun deyil, yəni, xəbərin mənbəyi göstərilməlidir. Mənbəyə istinad informasiyanın mötəbərliyinə xidmət edir.
Bizdə bu dəqiqə xüsusən saytlar, internet mediası bu üsulla işləyir, bu səbəbdən də bunlar baş verir. Bu vicdan, etika, peşəkarlıq məsələsidir. Hesab edirəm ki, başqasının əməyini istismar etmək olmaz. Bu məsələ çox aktualdır və media qurumu rəhbərləri bu məsələyə ciddi yanaşmalıdır”.
Rubrika.az
Facebook-da paylaş













