Sumqayıtda partlayış - 4 nəfər yanıq xəsarətləri alıb
![]()
Sumqayıtda avtomobil parkının ərazisində partlayış baş verib.
Rubrika.az xeber verir ki, Metbuat.az-a FHN-dən verilən məlumata əsasən, hadisə nəticəsində parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Rubrika.az
Facebook-da paylaş









