“Elə bilirdim yerdə bitir” – Meşədə narkotik əkən şəxsin peşmanlığı – VİDEO

Rubrika.az ARB TV-ye istinaden xəbər verir ki, daxil olmuş məlumat əsasında İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan İsmayıllı rayonunun Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb.
İmran Lətifov – İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi: “Meşədə 22 ədəd kök üstə çətənə kolları, 16 ədəd kök üstə olmayan çətənə kolları, eləcə də həmin kolların yanında 1 kiloqram 5 qram marixuana aşkar edilərək götürülmüşdü”.
Şamil Səfərov – Saxlanılan şəxs: “Özüm hələ təzə-təzə istifadə etməyə başlayırdım. Yabanı halda toxumunu tapdım, əkdim. Mən elə bildim ki yerdə bitir, sən demə ağac kimi olur. Yağış vurdu, nə vurdu, böyüdülər oldular o boyda. Peşmanam”.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.
Rubrika.az
Facebook-da paylaş













